XİDMƏTLƏR
“Çalxan” Hüquq Firması hüquqi və fiziki şəxslərə (yerli və xarici) insan hüquqlarının bütün sahələri üzrə yüksək keyfiyyətli aşağıdakı hüquqi xidmətləri göstərir:
- hüquqi məsləhətlərin verilməsi (mülki, cinayət, inzibati, iqtisadi və s.);
- sorğular verilməsi və məlumatların əldə edilməsi;
- iddia ərizələrinin tərtib edilməsi;
- müxtəlif ərizə, şikayət və müraciətlərin hazırlanması;
- müqavilələrin hazırlanması;
- vasitəçilik fəaliyyəti;
- vərəsəlik işlərinin aparılması;
- miqrasiya və vətəndaşlıq problemlərinin həlli;
- daşınmaz əmlakın qeydə alınması və s.;
- məhkəmələrdə (mülki, iqtisadi, inzibati və cinayət işlərində) və istənilən orqanda nümayəndəlik fəaliyyəti;
- ailə nümayəndəliyi (uzun müddətli müqavilələr üzrə);
- xarici ölkələrdə təmsilçilik;
- hüquqi şəxslərin sənədlərinin hazırlanması və qeydiyyatdan keçirilməsi.
“Çalxan” Hüquq Firması özünün yüksək ixtisaslı, təcrübəli əməkdaşları ilə daim sizin xidmətinizdədir. Bizə etibar edin ki, məmur qapılarında əsəbləriniz korlanmasın, vaxtınız hədər getməsin. “Çalxan” Hüquq Firmasının direktoru Q.C.Məmmədov, 1987-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 1995-1998-ci illərdə Kollegiyanın Rəyasət heyətinin üzvü olub. Ailəlidir, 5 övladı var.