Salam.
Mən uzun illərdir ki, ocaqlı vərəm xəstəsiyəm. Dəfələrlə pensiya təyin olunması üçün müraciət etmişəm, lakin hər dəfə “siz sağalmısınız” cavabı ilə rədd olunmuşam.
Halbuki, Ağciyər Xəstəxanasında qanlı öskürək şikayəti ilə dəfələrlə yatmışam, və tibbi sənədlərlə də təsdiqlənmişdir ki, ağciyərlərimdə ocaqlar var. Hətta bu səbəbdən hərbi xidmətə belə aparılmamışam. Hazırda da ildə bir neçə dəfə müalicə üçün dərmanlar qəbul edirəm. Müntəzəm olaraq ağrılarım, öskürəyim və kürək nahiyəmdə narahatlıqlarım olur.
Yenidən rentgen çəkilişi zamanı da ocaqların hələ də mövcud olduğu görünür. Buna baxmayaraq, müvafiq orqanlar pensiya təyin etmirlər və “sağalmısınız” deyə cavab verirlər. Mən isə real olaraq müalicəyə ehtiyac duyuram və xəstəliyin fəsadlarını yaşayıram.
Bu səbəbdən xahiş edirəm ki, mənə bu məsələ ilə bağlı hüquqi dəstək göstərəsiniz. Xəstəxanada yatdığım dövrlərlə bağlı sənədlərim də mövcuddur. Əgər hüquqi baxımdan pensiya almaq hüququm varsa, bu prosesdə mənə yol göstərməyinizi və kömək etməyinizi rica edirəm.
Əvvəlcədən təşəkkür edirəm.