Salam.
Bələdiyyə torpağından istifadə etdiyimə görə hər il 1 hektar üçün 50 AZN məbləğində vergi ödəyirdim. Lakin bu il tərəfimə məktub göndərilib və bildirilib ki, 1 hektar üçün artıq 200 AZN ödənilməlidir.
Xahiş edirəm, bu dəyişiklik nə ilə əlaqədardır, qanunvericiliyə əsaslanırmı və rəsmi sənəd və qərar varmı? Əgər bu, yeni qərara əsaslanırsa, nə vaxtdan qüvvəyə minib və hansı orqan tərəfindən təsdiqlənib?
Məlumatlandırmağınızı və bu məsələni aydınlaşdırmağınızı xahiş edirəm.
Əvvəlcədən təşəkkür edirəm.
Salam.
Salam, Melisa xanım.
Öncə, cavabı gecikdirdiyimə görə üzr istəyirəm.
Youtube üzərindən yayılan AzerFreedom TV-də verilişlər apardığıma görə, xüsusilə də, Azərbaycan Ordusuna qarşı 2017-ci ilin aprel-may aylarında törədilən “Əsrin Cinayəti”nin araşdırılması ilə bağlı sualınızı vaxtında cavablandıra bilmədim.
İkincisi, adınızı Azərbaycan Respublikasının-sevgili dövlətimizin rəsmi əlifbası ilə yazmadığınıza görə, bunu şəxsimə, xalqıma və dövlətimə qarşı təhqir hesab edir və sizə cavab verməkdən imtina edirəm.
Hörmətlə.