Salam mənim 36 ay banka borcum qalıb və bank məni məhkəməyə verib bilmək istəyirəm mənim əmək haqqımdan nə qədər tulamlıdır
Salam. Cavabı gecikdirdiyim üçün Sizdən dönə-dönə üzr istəyirəm. Yəqin bilirsiz, son vaxtlar “Tərtər1767” cinayətinin araşdırılması üçün, vaxtımın çoxu Youtube üzərindən yayımlanan AzerFreedom TV-nin proqramlarının hazırlanmasına gedir. Ümid edirəm ki, artıq kanalımıza abunə olmusuz və ardıcıl bizi izləyirsiz.
Sualınıza gəldikdə isə:
1. “icra haqqında” qanunun 65-ci maddəsinə əsasən, Maddə 65. Borclunun əmək haqqından və digər gəlirlərindən tutulan məbləğin miqdarı
65.1. İcra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz.
65.2. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır.
65.3. Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir.
Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz.
65.4. Tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir.”
Hörmətlə.