Devalvasiyadan öncə dollar kreditinin manata çevrilməsinə qərəzli əngəl yaradılması – “YapıKredi”

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam. Mən dekabrın əvvəlində “Yapı Kredi” Azərbaycan Bankın Cəfər Cabbarlı filialına 35000 dollar məbləğində kreditimin manata çevrilməsi üçün müraciət etdim. Əvvəl razılaşmasalar da təklifim onları razı olmağa məcbur etdi. Beləki təklif etdim ki, əgər manata çevirsəz 22 ay bitənə qədər manatla ödərəm. Əgər çevirməsəz o zaman ya başqa bankdan ya da başqa mənbədən manat tapıb borcumu bağlaya bilərəm. Filial rəhbərliyi Baş idarədən razılıq aldığını və istədiyim zaman müraciət edə biləcəyimi dedi. Mən də hətta əlimda olan 10000 dollar məbləği nəğd ödəyərək əsas borcumu aşağı saldım ki, aylıq ödənişim bir az da azalsın. Filiala 15 dekabrda müraciət edib pulu ödədikdən sonra oranın müştəri təmsilçisi olan Elçin Quliyev tərəfindən əmin edildim ki, ən uzağı sabaha yeni müqavilə tərtib edilib manata konvertasiya ediləcək. Hətta Elçin bəyə bu işin gələn həftəyə qalmamasını, çünki gələn həftədən lazım olan zaminlərin Bakıda olmayacağını onlara bildirmişdim. Amma söz verildiyi kimi bu çevrilmədi. Nə qədər telefonla filiala zəng etsəm də filialdan heç kimsə mənimlə görüşmək istəmədi, dəfələlə ismarıc göndərsəm də mən geri dönülmədi. Nəhayət ki 18 dekabrda Elçin Quliyevlə güc bəla ilə telefonda görüşdüm. Mənə bu əməliyyatın keçirilmədiyini dedi və buna səbəb kimi hansısa bir yüklülük sənədinin mənim sənədlərimin arasında olmamasını bəhanə gətirdi. Mən iradımı bildirdim, niyə söz verildiyi kimi bunun tez bir zamanda edilmədiyini və onlara zaminlərin gələn həftə Bakıda olmayacaqlarını təkrar xatırlatdım. Bu gün yəni 18 dekabrda olacağına Təkrar söz verildi. Nəhayət 21 dekabrda bildiyimiz devalvasiya oldu. Mən filiala getdim və haqlı narazılığımı bildirdim. Onları məni etinasızlıq etdikləri üçün təxminən 18000 manat ziyana saldıqları üçün günahlandırdım. Onlar da məndən üzr istəyib ödədiyim 10000 dolları da geri qaytardılar.

Bundan sonra dəfələrlə filial müdiriylə görüşsəm də mənim problemim həll edilmədi. Mən onları nə qədər etinasızlıqda və məsuliyyətsizlikdə günahlandırıb yerdə qalan 35000 dollar məbləği köhnə 1.05 manat məzənnəsiylə qaytarmalı olduğumu onlardan tələb etsəm də, bunun mümkünsüzlüyünü, maximum vaxtda və faizlərdə güzəşt edə biləcəklərini dedilər. Düşünürəm ki, hər hansı (yüklülük haqqında) bir sənədin mənim qovluğumda tapılmaması bir bəhanədir və məqsədyönlü şəkildə mənim əməliyyatım gecikdirilmişdir. Məqsəd mənim kimi yaxşı bir ödəyicinin hesabına asan yolla varlanmaqdır. Xatırladım ki, müraciətdən sonra filial 15 dekabrda Baş İdarəyə müraciət etmiş, elə həmin gün Baş İdarədən uyğunluq barəsində razılıq alınmışdır. Bu razılıq nömrəli məktubla deyil, öz aralarında daxili yazışmayla alınmışdır və bu məktub mənə Elçin Quliyev tərəfindən elektron formada göstərilmişdir.

Həmin itmiş sənədin qorunub saxlanması mənim məsuliyyətimdə olmadığından, onların laqeydliyinin nəticəsi olaraq yaranmış əlavə 18000 manat borcum bank tərəfindən kompensasiya edilməlidirmi? Hüquqi müstəvidə haqqımı tələb etmək üçün məhkəməyə müraciət etsəm qazana bilərəmmi? Ümumiyyətlə bundan sonrakı ödənişlərimi ödəməliyəmmi? Və ya məhkəməyə müraciət edərək bu məsələ öz həllini tapanadək ödənişlərimi dayandırmağa nail ola bilərəmmi?

Marked as spam
anaris tərəfindən göndərilmişdir
11 Yanvar 2016 03:33 dəqiqədə yazılıb.
4887 baxış
« Əvvəlki səhifəyə geri dön