Dollarla kredit

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban müəllim! Çox xahiş edirəm cavablayasız. Qardaşımın dollarla krediti haqqında Şəki rayon məhkəməsinin hakimi Elçin Mehdiyev əmr çıxarmışdı. Əmr etirazımıza görə ləğv edildi. Qardaşımın yoldaşı ağır vaskulit xəstəsi olduğundan məhkəmə zamanı xəstəxanada stasianarda yatırdı. Vəziyyəti ağır olduğundan qardaşım etibarnamə verdi mən məhkəməyə getdim. Özüm hüquqşünas deyiləm. Özümlə etibarnamə və qohumluğumuzu isbat edən hər ikimizin doğum şəhadətnaməsini də məhkəməyə apardım. Hakim məni məhkəmədə iştirakıma icazə vermədi. səbəb göstərdi ki doğum şəhadətnaməsinin surətini natariusda təsdiq etdirməmişəm. Ona görə o mənkəməni cavabdehlərin iştirakı olmadan başladığını elan etdi və yalnız qarşı tərəfin vəkilini dinləyib qərarı elan etdi. Hələ qərar bizə verilməyib, Yəqin mənim müraciətim də heç prataqola salınmayıb. Məhkəmə 9 apreldə səhər saat 09:30-da baş tutub. Hakim həqiqi sənədləri öz gözü ilə görüb onun həqiqət olduğunu bilirsə burda natariusun təsdiqinə nə ehtiyac var ki? Vallah heç belə bir şey gözləmirdim. Xahiş edirəm kömək edəsiz. Apelyasiyaya getmə şansımız varmı? Varsa hansı qaydalardan və maddələrdən istifadə edə bilərik. Çoox sağ olun!Təşəkkür edirəm!

Marked as spam
Ferahim Feteliyev tərəfindən göndərilmişdir
13 Aprel 2018 20:22 dəqiqədə yazılıb.
196 baxış
« Əvvəlki səhifəyə geri dön