Məcburi köçkün: evimi buldozerlə sökdülər!

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam, Qurban müəllim!..

Bu məktubu, Sizi dürüst ve savadli bir insan kimi tanıdığim ücün Sizə ünvanladım.

Qurban müəllim, sizdən cox xahiş edirəm mənə məsləhət verəsiniz..

Ölkəmizin bərbad gündə olan məhkəmələri verdiyi qərarlarla bütün həyatımı alt-üst etdilər! Biz əslən Zəngilan rayonundaniq, məcburi köckunuk. 1993-cü ildən Xırdalanda bir idarədə məskunlaşmışdiq. 1997-ci ildə konstitusiya məhkəməsində işləyən bir məmur, idarəni öz qohumunun adina özəlləşdirdi. 2009-cu ildə bizlə bərabər orda yaşayan 3-4 ailəni məhkəməyə verib oradan cıxmağımızı tələb etdilər.

Şikayətci tərəf ərizəsində bizim guya orada 1998-ci ildən məskunlaşdiğımızı bildirmişdi. Qaçqınların işi üzrə Dövlət Komitəsindən arayış təqdim etsək də, məhkəmə bizim cıxarilmağımız haqda qərar verdi.

Ali Məhkəməyə qədər məhkəmə cəkişməsi getdi amma hüquqlarımızı qoruya bilmədik. Prezident Administrasiyasindan belə bir cox yerlərə şikayət etdik, butun orqanlarda bizi arxayin etdilər ki, məhkəmə qərar versə də, sizi yaşadığıniz yerdən hec kim cıxarda bilməz.

Amma bunlar boş vədlər imiş. Məhkəmə icraçiları acıq-aşkar mənə dedilər ki, bu iş yuxaridan tapşırılıb, evi boşaltmalısınız! – Prezidentin məcburi köçkünlər haqda fərmani olmasına baxmayaraq, bizi başqa yaşayış yeri ilə təmin etmədən, 2010-cu il iyun ayında məhkəmə icracıları tərəfindən məcburi cixarildiq. Evimizi buldozerlə uçurdular, bütün əmlakımı dağitdilar. Mənə də, hədə-qorxu gəldilır ki, yenə ora-bura şikayət etsən səni şərləyib tutduracağıq.

Bu haqsızlıqdan sonra bunların hər pislik bacardıqlarıni və şikayət etməyin də, boş şey olduğun anladım. İki körpə uşağımın ortaliqda başsiz qalmağından ehtiyat etdim.

Men xırda ticarətlə məşğulam. O gün kecirtdiyim stresdən əsəblərim pozuldu, bir müddət işləyə də bilmədim və ziyana düşdüm.

Bu hadisədən 4 il keçməsinə baxmayaraq, mən, nə onları, nə də ozümü bağışlaya bilirəm.

Hüquqi tərəfdən də, nə edəcəyimi bilmirəm! Yenidən məhkəmə yolu ilə öz hüququmu bərpa edə bilərəmmi?

Xahiş edirəm məsləhət versəniz..

Hörmətlə,

Bayram Bayramov

Marked as spam
admin tərəfindən göndərilmişdir
12 Yanvar 2016 00:38 dəqiqədə yazılıb.
5082 baxış
« Əvvəlki səhifəyə geri dön