ETİRAZ VƏ MÜLAHİZƏLƏR— Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən: Nizami Quliyev, hakimlər: Rəşid Hüseynov və Oruc Cəlilov, iş N 1(089)-39/2013) 11 fevral 2013-cü il tarixli hökmündən məhkum Elnur Əliyevin müdafiəçisi Həsənov İbarət Əhəd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə dair

Paylaşın

Şirvan Apellyasiya Məhkəməsinə

Zərərçəkmiş şəxs: Xəmmədov Abdul Qaran oğlunun

Etibarnamə üzrə nümayəndəsi

Məmmədov Qurban Cəlal oğlu tərəfindən

Ünvanı: Bakı şəh., Əliyar əliyev küç., ev-67, mən.-62

Əlaqə tel.: (050) 200-66-10, (012) 564-31-64

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən: Nizami Quliyev, hakimlər: Rəşid Hüseynov və Oruc Cəlilov, iş N 1(089)-39/2013) 11 fevral 2013-cü il tarixli hökmündən məhkum Elnur Əliyevin müdafiəçisi Həsənov İbarət Əhəd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə dair

 

ETİRAZ VƏ MÜLAHİZƏLƏR

 

Hörmətli hakimlər!

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən: Nizami Quliyev, hakimlər: Rəşid Hüseynov və Oruc Cəlilov, iş N 1(089)-39/2013) 11 fevral 2013-cü il tarixli hökmündən Əliyev Elnur Yengibar oğlunun müdafiəçisi İbarət Həsənov apellyasiya şikayəti verərək həmin hökmün dəyişdirilməklə, E.Əliyevə təyin edilmiş cəzanınn cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması əssına görə AR CM-nin 61-ci maddəsinin tələbləri üzrə cəza təyin edilməsini xahiş etmişdir.

Həmin apellyasiya şikayəti aşağıdakılara görə tamamilə əsassızdır və təmin edilməməlidir.

Belə ki, hazırkı cinayət işi üzrə birinci instansiya məhkəməsi tərəfindən araşdırma aparılarkən mən vəsatətlə məhkəməyə müraciət edərək, (051) 552-03-69, (051) 948-55-70 və (051) 331-02-44 mobil nömrələrindən (051) 368-85-98 mobil nömrəsinə 01 yanvar 2012-ci il tarixindən 21 sentyabr 2012-ci il tarixinədək gedən bütün SMS və MMS-lərdən “çıxarış”ların, “Azercel Telekom” MMC-dən təlb edilərək araşdırılmasını tələb etsəm də, vəsatətim heç bir əsas olmadan təmin edilməmişdir.

Halbuki, mən həmin vəsatətimi əsaslandırmaq üçün göstərmişdim ki, mərhumə Vəfa Əliyeva tamamilə savadsız olub, yazıb-oxumağı bacarmayıb. Belə olan halda, mərhumənin Cavad Rəfiyevin istifadəsində olmuş (051) 368-85-98 mobil nömrəsinə özünün, yoldaşı Elnurun, hətta atası Abdul Xəmmədovun istifadəsində olan mobil telefonlardan qısa mesajlar və şəkillər göndərdiyi barədə yazılanlar həqiqəti əks etdirmir. Əgər mənim vəsatətim təmiin edilərək “Azercel Telekom” MMC-dən təlb edilib məhkəmə istintaqı vasitəsi ilə araşdırılsaydı mərhumənin Cavad Rəfiyevə mesaj yazmadığı, şəkil göndərmədiyi və ya göndərilibsə həmin şəkilləri və mesajları mərhumə Vəfa Əliyevanın yox hansısa üçüncü şəxsin göndərdiyi müəyyən edilərdi.

İş üzrə şahid kimi dindirilmiş Rəfiyev Cavad Fərhad oğlu öz ifadəsində göstərmişdir ki, guya mərhumə Vəfa Əliyeva özünün, əri Elnur Əliyevin və atasının istifadəsində olan mobil telefonlardan (nömrələrdən) onun istifadəsində olan mobil nömrəyə mesajlar yazmış, şəkillər göndərmiş və zənglər etmişdir.

Birinci instansiya məhkəməsi bütün bunları əsas götürərək hadisənin qısqanclıq zəminində törədildiyi nəticəsinə gəlmiş və AR Ali Məhkəməsi Plenumunun 12 dekabr 2011-ci il tarixli 3 saylı qərarına istinad etmişdir.

Halbuki, mərhumə Vəfa Əliyevanın Cavad Rəfiyevlə yaxın münasibətlərdə olduğu faktı tam və hərtərəfli araşdırılmamış, zəruri sübutetmə vasitələri ilə təsdiq olunmamışdır. Həmin faktın, yəni mərhumənin Cavad Rəfiyevlə, həqiqətən də, yaxın münüsibətlərdə olduğu yalnız mərhumə Vəfa Əliyevanın istifadəsində olan (051) 552-03-69, əri Elnur Əliyevin istifadəsində olan (051) 331-02-44 və atası Abdul Xəmmədovun istifadəsində olan (051) 948-55-70 mobil nömrələrindən  Cavad Rəfiyevin istifadəsində olan (051) 368-85-98 mobil nömrəsinə 01 yanvar 2012-ci il tarixindən 21 sentyabr 2012-ci il tarixinədək gedən bütün SMS və MMS-lərdən “çıxarış”ların, “Azercel Telekom” MMC-dən təlb edilərək məhkəmə istintaqı vasitəsi ilə  araşdırılması nəticəsində öz təsdiqini tapa bilərdi.

Həmin məlumatların tələb edilməsi onun üçün zəruri olmuşdur ki, mərhumanənin yaxın qohumlarının bildirdiyinə görə, mərhumənin baldızı onun adından Cavad Rəfiyevə mesajlar yazmış, şəkillər göndərmiş və onunla görüşmüşdür. Elnur Əliyev öz bacısının həmin hərəkətlərini başa düşdükdən sonra vəziyyəti aydınlaşdırmaq üçün Cavad Rəfiyevi evlərinə çağırmış, mübahisə düşdüyü vaxt Elnur Əliyev bacısını bıçaqla vurmaq istəyərkən mərhumə özünü qabağa vermiş və bıçaq ona dəymişdir. Sonradan hadisənin əsl mexanizmini gizlətmək üçün mərhumənin Cavad Rəfiyevlə yaxın əlaqədə olduğu görünüşünü yaratmağa cəhd etmişlər.

Eləcə də həm məhkum Elnur Əliyevin baş vermiş hadisədən sonra Cavad Rəfiyev barəsində soyuq qanlılıqla danışması və Cavad Rəfiyevin baş vermiş hadisə barədə həvəslə ifadə verməsinin səbəbləri ibtidai və məhkəmə istintaqı tərəfindən araşdırılmamış,  guya mərhumə Vəfa Əliyevanın öz atasının da telefonundan Cavad Rəfiyevin istsifadəsində olmuş mobil nömrələrə SMS və MMS-lər göndərib-göndərməməsi şübhələri aradan qaldırılmamışdır.

Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən məhkum Elnur Əliyevə təyin edilmiş cəzanın, onun əməllərinə görə az olmasına baxmayaraq, müdafiəçi heç bir əsaslı arqument gətirmədən, yalnız şəxsi mülahizələrinə əsaslanaraq, Elnur Əliyev barəsində təyin edilmiş cəzanın azaldılmasını xahiş etmişdir.

Yuxarıda qeyd edilənlərə əsasən,

XAHİŞ EDİRƏM:

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən: Nizami Quliyev, hakimlər: Rəşid Hüseynov və Oruc Cəlilov, iş N 1(089)-39/2013) 11 fevral 2013-cü il tarixli hökmündən məhkum Elnur Əliyevin müdafiəçisi Həsənov İbarət Əhəd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.

Qoşma: Etiraz və mülahizələrin surəti (3 nüsxə).

06 mart 2013-cü il

                                                      İmza:                                     Q.C.Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir