Salam, Səbuhi bəy!
Bankın hərəkəti qanunsuzdur.
Üzərində mülkiyyət hüququ rəsmi qaydada qeydə alınmayan daşınmaz əmlaka dair mübahisələr məhkəmə araşdırmasının və rəsmi dövlət orqanlarının müzakirə predmeti ola bilməz.
Belə əmlaklar barədə mübahisələrdə yalnız, qanuni mülkiyyətçi tərəf ola bilər.
Ancaq sualınızdan aydın deyil ki, bank bu prosesə necə mane olur və ya necə mane ola bilər? Sizin dediyiniz halda, belə çıxır ki, bank bələdiyyənin hüquqlarına mane olur. Belədirsə, bələdiyyə və maraqlı tərəf bankın qanunsuz hərəkətlərinə son qoyulması üçün məhkəməyə müraciət edə bilərlər.
Çətinliyiniz olsa, mütləq, etibar etdiyiniz bir hüquqşünasa müraciət edin.
Uğurlar.