30.16K baxış
0

5000 manat kredit goturmusem.24 ayliq.10 ayin odemisem.5 aydir ki odenis ede bilmirem.hal hazirda issizem.hec cur odenis etmeye imkan yoxdu.bank mehkemeye muraciet edib.men bu situasiyada neylemeliyem.kredit biznes kreditidi.girov olaraq da magazadaki mallari gostermisem.onceden tessekurler

0

Salam. Suala görə çox sağ olun. Bu məsələ bir çox vətəndaşlarımızı narahat etməkdədir.

1. Bundan sonra ödəyəcəyiniz pullar ilk növbədə gecikmə faizlərinə və cərimələr çıxılacaq, yerdə qalanı əsas borca silinəcək. Bu minvalla, Siz getdikcə daha çox ödəyəcək və daim borclu olacaqsınız. Bu vəziyyətdən qurtulmaq üçün Siz elə məbləğdə ödəmə etməlisiniz ki,  həm 5 aylıq gecikmə faiz və cərimələi, həm də növbəti aylıq borcunuzu ödəmiş olasınız.

2. 3 ay, ya da müqavilədə göstərilən sayda aylar ərzində dalbadal öz öhdəliyinizi icra etmədiyiniz halda bank məhkəməyə müraciət edərək Sizdən əsas borcu, cərimələri və faizləri tələb etməkdə haqlıdır.

3. Siz həmin məhkəmə prosesində, məhkəmə araşdırması başlayanadək, yəni hazırlıq iclasında qarşılıqlı iddia verməli, mənim video müraciətimdə izah etdiyim hüquqi mövqedən çıxış etməlisiniz. Yəni Mülki Məcəllənin 421-423, 556-557, 741-ci maddələrinin verdiyi hüquqi imkanlardan istifadə etməklə, eləcə də MM-nin 337, 339-cu maddələrinə istinad etməklə müdafiə olunmalısınız.

4.Bankı iddiası təmin ediləcəyi təqdirdə, iddia mağazadakı girov qoyduğunuz mallara, bu, borcunuzu ödəməyəcəyi təqdirdə də başqa əmlaklarınıza yönəldiləcəkdir.

5.Doğru hüquqi müdafiə Sizin bu qarşıdurmadan az ziyanla çıxmağınıza kömək edə bilər.

6. Bizim video müraciətləri, “Aərbaycan saatı”ndakı çıxışımızı (https://www.youtube.com/watch?v=MKYiZemPL7I) diqqətlə dinləyin.

7.Çətinliyə düşsəniz, mütləq tam etibar etdiyiniz bir hüquqşünasın köməyindən istifadə edin.

8. Aydın olmayan cavablar və başqa məsələlərlə bağlı bu bölmədə əlavə  suallar verə bilərsiniz.

Uğurlar. Hörmətlə.

Siz 1 cavabdan 1-nə baxırsınız, bütün cavablara baxmaq üçün buraya sıxın.