Bir qiz ata-anasinin raziligi olmadan sevdiyi oglana 24 oktyabr 2011 ci ilde qoşulub oglangilə qacir Orada gorur ku evdə qaynanasi və baldizi var Oglan gəlinə bildirir ki biz daha bir ailəyik Maaş kartini mənə ver evə yemək və başqa şeylər alim Gəlin məktəbdə muəllimə işləyir ayda 250 manat əmək haqqi alir Ancaq nə qaynanna nə baldiz hec harada işləmir hec haradan evə qazanc gətirmir Gəlin həyat yoldaşindan nə isə istədikdə həyat yoldaşi bildirir ki bu ev bizim ev deyil biz burada kirədə yaşayiriq pul yigaq bu evi sahibindən alaq 2014 cu ilin oktyabrinda gəlindən gizlin evi mulkuyyətcidən natariusda baldizin adina alqi satqi edib cixariş və tex pasport alirlar Evi baldizin adina kecirtdikdən sonra Həyat yoldaşi gəlindən boşanir və Baldiz məhkəməyə iddia ərizəsi verirki gəlin cehiz əşyalarini evdən cixartsin indi iş məhkəmədədi Xahiş edirəm bizə məsləhət verin biz nə edək Həmin ev gəlinin pulu ilə alinib
Salam, Elşad bəy!
1. Gəlin həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldıra bilər. İki hüquqi əsasla:a) MM-nin 340.2-ci maddəsinə əsasən, həmin əqdin yalan əqd olduğunu tələb edə bilər, müqavilənin əslində onunla bağlandığını sübut edə bilər. b) MM-nin 339.1-ci maddəsinə əsasən,(339.1. …, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd,… zərərçəkən tərəfindən mübahisələndirilə bilər.) əqdin etibarsızlığını tələb edə bilər.
2. Ailə Məcəlləsinin 35-ci maddəsinə (Ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti sayılması) əsasən,
“Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.”
Bu maddəni analogiya qaydasında tətbiq etməklə, gəlin sübut edə bilər ki, məhz onun əmək haqqı hesabına evin dəyəri artıb, yaxud da o da evin alınmasına pul qoyub, onda həmin evdə gəlinin də mülkiyyət payı tanına bilər. Bununçün ciddi, mötəbər sübutlar tələb ediləcək.
3. Həmin məhkəmədə gəlin yuxarıda qeyd etdiyim mqaydada qarşılıqlı iddia qaldırmalıdır.
4. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, “…. …, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.”
Bu maddəyə istinad etməklə də gəlin istifadə huququnu müəyyən müddətə, məsələn, uşaq 18 yaşına çatanadək, saxlatdıra bilər.
5.Çətinliyə düşsəniz, etibar etdiyiniz hüquqşünasın köməyindən istifadə edin. Bu məsələ həvəskarlığı sevməz, mütəxəssis yardımı lazımdır.
Uğurlar və səbr arzulayıram.
Hörmətlə.
