Salam.
1. MM-nin 298-ci maddəsinə əsasən,
” Girov qoyulmuş əşyanın satışından götürülmüş məbləğin bölüşdürülməsi
298.1. Girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir.
298.2. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur.”
Maddənin məzmunundan gördüyünüz kimi, avtobilin satılması nəticəsində əldə edilən pul borcu tam ödəməzsə, qalan məbləğ Sizin başqa əmlaklarınıza və ya əmək haqqınızın 50 faizinə qədər hissəsinə yönəldiləcəkdir.
Uğurlar. Hörmətlə.
