Salam, Aida xanım!
1. “Sosial sığorta haqqında” Qanunun 4-cü maddəsinə ( Sosial sığorta hadisəsi) əsasən,
Sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır.
Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir:
pensiya yaşına çatmaq;
əlil və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun olmaq;
ailə başçısını itirmək;
əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericiliklə müəyyən olunmuş dövr üçün);
hamiləlik və doğum;
uşağın anadan olması;
uşağa qulluq;
ölüm;
sanatoriya-kurort müalicəsi zərurəti;
işsiz olmaq (qanunvericiliklə müəyyən olunmuş dövr üçün).
Məcburi dövlət sosial sığortası bu maddədə göstərilən bütün hadisələr üzrə, könüllü (əlavə) sosial sığorta isə tərəflərin seçdiyi sığorta hadisələri üzrə aparılır.
2. Qanunun 27-ci maddəsinə (Sosial sığorta şəhadətnaməsi (polisi)) əsasən,
Sığortaçı sığortaedənə (olunana) sosial sığorta şəhadətnaməsi (polisi) verir. Sosial sığorta şəhadətnaməsinin (polisin) forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Bu sənəd Sizin həqiqətən də sığortalandığınızı sübut etmək üçündür.
3. Sığorta üzrə ödəmələr sığorta hadisəsi baş verəndə ödənilir. “Ölüm” də belə hadisələrdəndir (4-cü maddəyə baxın).
Əlavə məlumat almaq istəsəniz, Qanunun tam mətninə baxın.
Uğurlar. Hörmətlə.
