Hörmətli Aida xanım!
Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, “Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 1 misli, …. məbləğində olan hissəsi gəlir vergisindən azaddır”
“Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında ” AZƏRBAYCAN RESPUBLİKASInın 20 oktyabr 2015-ci il tarixli QANUNUna əsasən, “2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib”
Deməli, Sizin 200 manat əmək haqqınızın 136 manatı gəlir vergisindən azaddır. Yəni qalan 64 manatdan 14 faiz gəlir vergisi tutulanda, Sizə tam olaraq 136+ 55,04 (64-8,96=55,04)= 191,04 manat ödənilməlidir.
Uğurlar!
