Bir evdə ər arvad ərin qardaşi yaşayirlar Bir gun ər arvada bildirirki maaş kartini mənə ver ayliq maaşini alim pulu yigaq ozumuzə avtomobil alaq Arvad ərinə inanib kartini ərinə verir Arvadin 20 min pulunu 4 ildə ər alir Sonra arvad gorur ki ərinin qardaşi ozunə avtomobil alib Halbuki ərin qardaşi hec harada işlemir hec haradan evə qazanc getirmeyib Arvad ərinə deyir bes sen ne ucun bizə avtomobil almadin mənim pulumu neynədin nə ucun məni aldatdin Ər arvadnan dalaşir boşanirlar arvadi evdən qovurlar burada arvad ərini prokurorluga polisə verə bilərmi Ərin əməlində cinayət tərkibi varmi
Salam, Aqşin bəy!
1. Əvvəla, bir qadının mala-mülkə görə ailəsini dağıtması başa düşülən deyil və böyük səhvdir.
2. Aralarında nikah müqaviləsi və xüsusi şərtlər yoxdursa, ər-arvadın qazancı onların birgə mülkiyyətidir. Borcları da eyni qaydada hər iki tərəfə aiddir.
3. Cinayət tərkibindən danışmaq çətindir.
4. Qadın, sadəcə olaraq, məhkəmədə mülki iddia qaldırıb qaynının adına maşına dair bağlanmış müqaviləni MM-nin 339-cu maddəsinə ( Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı) əsasən mübahisələndirə bilər.
“339.1. …, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, … zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir.
4. Polisə və prokurorluğa müraciət etməyi mən məsləhət görmürəm. Çalışıb ailəni bərpa etmək lazımdır. Bu dünyada milyonlarla ailə vardır ki, maşınları yoxdur, lakin ailə xoşbəxtlikləri var. Önəmli olan isə AİLƏdir, maşın yox.
Hörmətlə.
