102.63K baxış
0

Bir  evdə ər  arvad  ərin  qardaşi  yaşayirlar  Bir  gun  ər  arvada  bildirirki  maaş  kartini  mənə  ver   ayliq  maaşini  alim  pulu  yigaq  ozumuzə  avtomobil  alaq    Arvad  ərinə  inanib   kartini   ərinə  verir    Arvadin  20 min  pulunu  4  ildə ər  alir  Sonra  arvad  gorur  ki  ərinin  qardaşi  ozunə  avtomobil   alib  Halbuki  ərin  qardaşi  hec  harada  işlemir  hec  haradan  evə  qazanc  getirmeyib  Arvad  ərinə  deyir  bes  sen  ne  ucun  bizə  avtomobil  almadin  mənim  pulumu  neynədin  nə  ucun  məni  aldatdin   Ər  arvadnan  dalaşir  boşanirlar  arvadi  evdən  qovurlar  burada  arvad  ərini  prokurorluga  polisə  verə  bilərmi  Ərin  əməlində  cinayət  tərkibi  varmi

0

Salam, Aqşin bəy!

1. Əvvəla, bir qadının mala-mülkə görə ailəsini dağıtması başa düşülən deyil və böyük səhvdir.

2. Aralarında nikah müqaviləsi və xüsusi şərtlər yoxdursa, ər-arvadın qazancı onların birgə mülkiyyətidir. Borcları da eyni qaydada hər iki tərəfə aiddir.

3. Cinayət tərkibindən danışmaq çətindir.

4. Qadın, sadəcə olaraq, məhkəmədə mülki iddia qaldırıb qaynının adına maşına dair bağlanmış müqaviləni MM-nin  339-cu  maddəsinə ( Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı) əsasən mübahisələndirə bilər.

339.1. …, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, … zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir.

 

 

4. Polisə və prokurorluğa müraciət etməyi mən məsləhət görmürəm. Çalışıb ailəni bərpa etmək lazımdır. Bu dünyada milyonlarla ailə vardır ki, maşınları yoxdur, lakin ailə xoşbəxtlikləri var. Önəmli olan isə AİLƏdir, maşın yox.

 

Hörmətlə.

 

Siz 1 cavabdan 1-nə baxırsınız, bütün cavablara baxmaq üçün buraya sıxın.