55.66K baxış
0

İddia müdəti ötürülmüş işdə hec bir üzürlu səbəb yoxdusa, hakim işi icraat götürə bilərmi?

0

Salam.

1. İddia müddətinin keçməsindən asılı olmayaraq iş icraata qəbul edilməlidir.

 

2. İddia müddəti yalnız qarşı tərəfin ərizəsi ilə tətbiq edilə bilər. 

Mülki Məcəllənin  375-ci maddəsi ( İddia müddətinin tətbiqi)

 

375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

 

Hörmətlə.