Salam Qurban müəllim. Mən Bank Respublika Masallı filialını maşın krediti ilə bağlı məhkəməyə vermək istəyirəm. Bunun üçün iddia ərizəsi ilə Masallı rayon məhkəməsinə müraciət etməliyəm yoxsa qeydiyyatda olduğum rayon məhkəməsinə? Təşəkkür edirəm
Salam, Mirmehman bəy.
Siz bankın baş idarəsinin olduğu rayon məhkəməsinə müraciət etməlisiniz. Filiallar hüquqi şəxs kimi çıxış edə bilməzlər.
Uğurlar sizə.