122.61K baxış
0

Hörmətli Qurban müəllim, salam. Mənim bankstandartda dollarla əmanətimin vaxtı çatıb, müraciət etdim, mənə əmanətin faizinin indi, qalanını isə 18 aya bölünərək qaytarılmasını təklif etdilər və özləri tərəfindən hazırlanmış şərtlərə imza atmağımı tələb etdilər (guya mənə heç bir basqi filan olunmadan mən əmanətimi 18 aya götürməliyəm). Mən isə raziliq vermədim və şikayət edəcəyimi bildirdim. Xahiş edirəm mənə kömək edin, 30 il ərzində qəpik-qəpik yığib saxladığım pulumu mənə qaytarmırlar.

0

Salam, Niyazi bəy!

Bank sizə qarşı qanunsuzluq edir. Müqavilənizi yaxşıca incələyin və orada yazılan şərtlərə uyğun hərəkət edin.

Çətinliyiniz olsa, etibar etdiyiniz bir hüquqşünasın köməyindən istifadə edin.

Əmanət sahibi istədiyi vaxt əmanətini tam həcmdə götürə bilər.

Hörmətlə, uğurlar!

Siz 1 cavabdan 1-nə baxırsınız, bütün cavablara baxmaq üçün buraya sıxın.