Salam, mən dollarla olan kreditə zamin durmuşam indidə ödəniş olunmur. Ama bir mesele var ki, mən zamin durduğum şəxs əmək haqqı ala ala mənnəndə pul tutmaq üçün məktub göndərilib 50% mənnən tutulusun. birde ki aile uzvu sayılırmı faiz meselesinde və mən mehkemeye vere bileremmi. Öncədən təşşəkkürlər
Salam, İbrahim bəy.
1. Məhkəmə qərarı varsa, tutmanın zaminin əmək haqqına yönəldilməsi qanunla mümkündür. Ancaq bununçün işin detallarını dəqiq bilmək lazımdır. Bu,avtomatik olmur.
2. Məhkəmə qərarı olmadan əmək haqqından tutma qanunsuzdur.
3. Ailə üzvünün sayı kredit münasibətlərində nəzərə alınmır.
4. Hüququnuzun pizulduğunu hesab etdiyiniz hər bir halda məhkəməyə müraciət edə bilərsiniz.
