122.40K baxış
0

Salam bizim bir qohum iki il uc aydir aliment alanmir ne de ki,cavabdeh mehsulliyyete celb edilir.Ne qeder sikayyetde etseler hedda edliyye nazirliyine bele xeyri yoxdur.Siz ne meslehet vererdiz bu halda Gedebey rayon icra memurlarinin oz vezife borclarini icra etmemeklerine gore biz haraya ve kime muraciyyet edek.Qabaqcadan cox saqolun ki,sualimizi oxuduz.

0

Salam, Ramil bəy.

1. Ailə Məcəlləsinin aşağıdakı maddələrinə diqqət edin:

Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı

 

76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;

76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

 

Maddə 77. Uşaqlar üçün aliment tutulan əmək haqqının və (və ya) başqa gəlirlərin növləri

 

Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

 

Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması

 

78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

Xüsusilə, 78-ci maddəyə diqqət edin. 

 

2. Yuxarıda qeyd etdiyim 76.2-ci maddəyə görə, alimentin miqdarını azaltmaq haqqlnda iddia qaldıra bilərsiniz.

 

hörmətlə.

0

Salam, Ramin bəy!

İcraçıların hərəkətsizliyindən və ya qanunsuz hesab etdiyiniz hərəkətlərindən, həm Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsinə (Nurəddin Mustafayev), həm də İnzibati-İqtisadi məhkəmələrə şikayət verə bilrəsiniz.

Hörmətlə. Uğurlar və səbr arzulayıram sizə.