43.67K baxış
0

Salam. Əvvəla sizə təşəkkür edirik. Evin Bakı şəhər icra hakimiyyəti şəhər salma komitəsinin layihe simetasi və ya belediyye texpasportu ve yaxudda belediyye kupçası var. Bunlar olduğu təqdirdə kupça almaq proseduru necə olur və ev bu halların hansında sökülə bilər?

0

Salam,Ramin bəy.

Sualınızdan heç nə anlamadım.

“Bələdiyyə texpasportu və bələdiyyə kupçası” nə deməkdir?

Qanunvericilikdə belə sənədlər nəzərdə tutulmur.

Mülki Məcəllənin 180-ci maddəsinə əsasən, özbaşına tikililər sökülməlidir. Özbaşına tikiliyə o halda mülkiyyət hüququ tanına bilər ki, tikili yerləşən torpaq sahəsi xüsusi mülkiyyətdə olsun.

“Kupça”–“Çıxarış” almaq üçün:

1. Torpaq sahəsi xüsuis mülkiyyətdə olmalıdır.

2. Evin layihəsi buna hüququ olan təşkilatlar tərəfindən çəkilməlidir.

3. Layihə Rayon İcra Hakimiyyətinə göndərilərək təsdiqlənməlidir.

Yalnız bu ardıcıllığa əməl edilməklə toplanmış sənədlər DƏDRX-ə təqdim edilərsə, sizə Çıxarış verilə bilər.

Sizə uğurlar arzulayıram.

Hörmətlə.