Əvvəla qeyd edim ki, qaçqın və məcburi köçkünlərin zəbt etdikləri və ya məskulaşdırıldıqları mənzillərlə bağlı problemlər Azərbayacan dövlətinin öz vəzifələrini yerinə yetirməməsi ilə bağlıdır. Dövlət bir vətəndaşının problemini başqa vətəndaşın hesabına, başqalarına problemlər yaratmaqla həll etməməlidir.
Təəssüf ki, bir çox sahələrdə olduğu kimi, bu məsələdə də Azərbaycan hakimiyyəti məsuliyyətsizlik nümayiş etdirir.
Dövlətin milyardlarla sərvətini, büdcəsini oğurlayanlar qaçqınların problemlərini başqa vətəndaşların hesabına həll etməyə çalışırlar.
Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” adlı işdə müəyyən etdiyi hüquqi mövqeyə görə, qaçqınlar istənilən halda başqalarının xüsusi mülkiyyətində olan tikililərdən çıxarılmalı, dövlət tərəfindən mənzillərlə təmin edilməlidirlər.
Təbii ki, qaçqınlar bizim bacı-qardaşlarımızdır. Hamımız bir gün qaçqın ola bilərik.
Ancaq bu statusdan sui-istifadə halları çoxdur və bundan milyonlar qazanan məmurlar sürüsü var ölkəmizdə.
İndiki hakimiyyətin məntiqinə görə, Qarabağ azad ediləndən sonra qaçqınların tutduqları mənzilllər boşaldılacaqdır.
Bu tam qanunsuz yanaşmadır.
Məhkəməyə müraciət edin, dövlət öz vəzifələrini icra etməli, qaçqını sizin mənzildən başqa mənzilə köçürməlidir.