Salam, Sahib bəy.
Öncə, üzr istəyirəm ki, AzerFreedom TV-də işlərimin yoğunluğu üzündən vaxtında sizə cavab verə bilməmişəm.
Alqı-satqı müqaviləsi rəsmidirsə, yəni notarial qaydada təsdiq edilibsə, sizə edilən imtina qanunsuzdur, kadastr möhürü və ya nömrəsi bəhanədir. Bir idarə ləğv ediləndə onun hüquq və vəzifələri başqa bir orqana verilir. Oraya müraciət edin.
Ancaq siz imtina məktubunu rəsmi, yəni imza etməklə şəxsən və ya poçtla aldığınız gündən bir ay müddətində İnzibati Məhkəməyə müraciət edə bilərsiniz.
Yaxşı olar ki, etibar etdiyiniz bir vəkilin köməyindən istifadə edəsiz.
Hörmətlə.
