56.91K baxış
0

Sualım tam belədi, torpaq rəhmətliy nənəmin adınadı və o ölənən sonra kimsəyə vəsiyyət qoymayıb. 2 qardaş qalb və mən bildiyim qədər torpaq 50-50 iki qardaş arasında bölünməlidi. Biz sadəcə həyətin bir hissəsini ayır kupçaya keçirmək istəyirik. Buna qarşı tərəfin imzası lazımdı, arada konflikt olduğu üçün imza çəkilmir. Bu halda nə edə bilərik. Qanunən hansı yollara əl atmaq olar.

0

Salam.

1. Nənənin adındakı torpaq sahəsi, vəsiyyətnamə qoyulmayıbsa, onun vərəsələri arasında bərabər bölünməlidir.

2. Vərəsələrdən kiminsə (kimlərinsə) öz vərəsəlik hüquqlarından istifadə etməməsi, digər vərəsələrin hüququnu pozmur.

3. Siz torpaq sahəsinin yerləşdiyi ərazi üzrə notariusa, vərəsəlik şəhadətnaməsi almaq üçün, müraciət edin. Sizin hüquqlarınız rəsmiləşdiriləcək, digərlərininki açıq saxlanacaq.

4. Sizə əvvəl pay barədə vərəsəlik şəhadətnaməsi veriləcək. Siz bu hüququnuzu DƏDRX-də qeydiyyatdan keçirdikdən sonra, məhkəməyə müraciət edib real bölgü tələb edəcək və məhkəmə qətnaməsi əsasında da özünüzə aid olan torpaq sahəsinə dair müstəqil “ÇIXARIŞ” alacaqsınız.

5. Çətinliyiniz olsa, mütləq etibar etdiyiniz bir hüquqşünasın köməyindən istifadə edin. Bu iş ixtisaslı bilik tələb edir.

6. Hüquqi xidmətə görə pul əsirgəməyin, bu sizi daha böyük xərclərdən, əsəb və vaxt itkisindən xilas edər.

Sizə səbr və uğurlar!

Hörmətlə.