92.79K baxış
0

Salam Qurban müəllim. Şirvan apelyasiya məhkəməsindən Ali məhkəməyə şikayət verilib və ali məhkəmə 15 dekabr 2016-cı ildə şikayəti təmin etməyərək Şirvan apelyasiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Ali məhkəmənin qərarını biz rəsmi şəkildə (poçtla) 6 fevral 2017-ci ildə almışıq. Bilmək istəyirəm ki, Ali məhkəmənin plenumuna kasassiya vermək üçün nə qədər vaxt var? (bildiyimə görə 2 ay vaxt olur) Vaxt, qərarı rəsmi qaydada alan gündən hesablanır yoxsa qərar qəbul edilən gündən? Əgər qərar qəbul edilən gündən hesablanırsa, qərar bizə çox gec verilib. Qərarı qəbul edələn gündən 53-cü gün almışıq. Bu halda nə etməliyəm? Minnətdaram

0

Salam, Mirmehman bəy.

MPM-nin 426-cı maddəsinə (təqdimatın, protestin və ya şikayətin göndərilməsi) əsasən,  “426.2. Təqdimat, protest və yaxud şikayət Azərbaycan Respublikası Ali Məhkəməsi kollegiyaları tərəfindən qərar qəbul edildikdən sonra 2 ay müddətində verilə bilər…” 

Gördüyünüz kimi, qərar elan edilən gündən 2 ay müddətində şikayət verə bilərsiniz.

Yazınızdakı səhvlər və anlaşılmaz ifadələr məni çox üzdü.

Uğurlar!