84.37K baxış
0

Salam. Qurban müəllim sizi yenidən narahat edirik. Beləki mənim maşınım kreditdədir və təbii ki, bankın girovundadır. Bank məni məhkəməyə verdi. (Qarşılıqlı, şifahi razılaşdıq ki, məhkəmə qaydasında müqavilə ləğv olsun, daha əlavə faizlər gəlməsin, hesablanan məbləği hissə-hissə ödəyim). Məhkəmə də bankın xeyrinə qərar verdi, maşına həbs qoydu. Amma bankla razılığa gəldiyimizə görə maşın məndən alınmayıb. Yəni bankın maşına iddiası yoxdur. Məni maraqlandıran başqa məsələ var. Mənim başqa bankda da istehlak kreditim var, təxminən 1500 manat. O bank da məni məhkəməyə verib. Bilmək istəyirəm digər bankın iddiasına əsasən maşınıma  daha bir həbs qoyula bilərmi? Bir daha qeyd edim ki, maşınım başqa bankın girovundadır və həmin bankın xeyrinə maşına həbs qoyulub. Təşəkkür edirəm

0

Salam.

Maşının mülkiyyətçisi sizsinizsə, yəni texniki pasportda mülkiyyətçi kimi siz göstərilibsinizsə, bəli, qoyula bilər.

Hörmətlə.