67.96K baxış
0

Salam. Qurban müəllim hər problemimiz olanda, hər cavabsız sualımız olanda virtual olsa da sizə üz tuturuq. Siz də böyüklük edib bizi dinləyib, suallarımızı cavablayıb, bizə dəstək olursunuz. Belə bir gündə, sizin doğum gününüzdə isə sizi təbrik edib, gözəl arzular diləmək bizə düşər. Qurban müəllim sizi doğum gününüz münasibəti ilə təbrik edirik, sizə can sağlığı, uzun ömür, işlərinizdə və həyatda uğurlar arzulayırıq.

0

Salam, Mirmehman bəy!

Diqqətinizə görə çox sağ olun.

Sizlərə hüquqi xidmət göstərməkdən qürur duyuruq.

Millətin fərdləri öz hüquqlarını bildikcə, daha güclü və özünə güvənli olurlar.

Bu isə, nəticədə ümumən millətimizi, toplumumuzu güclü edir. Bundan isə mən və mənim nəslim də, nəvələrim də qazanır.

Var olun! Uğurlar sizinlə olsun.