81.77K baxış
0

Salam Qurban müəllim! Deməli bizim həyətdə 6 sot öz torpağımız 8 sot isə bələdiyyə torpağı var və bu 8 sot sənəddə zəbt kimi göstərilib.Biz indi həmin zəbt torpağın 5 sotunu satmaq istəyirik.Bələdiyyə ilə alqı satqı etmək istədik torpağın sotunu 300(üç yüz) manata dedilər.Bilmək istərdimki bu qanuni rüsumdur yoxsa yox

0

Salam Elnur bəy.

1. Siz bələdiyyə torpağını sata bilməzsiniz.

2. Sata bilməniz üçün, öncə, həmin zəbt torpağını “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16-cı maddəsinin 4-cü hissəsinə əsasən, öz mülkiyyətinizə almalısınız.

3. Bələdiyyə torpaqlarının alqı-satqısında dövlət rüsumu olmur (görünür, fikrinizi düzgün ifadə edə bilməmisiniz.). Yəqin siz torpağın qiymətini soruşmaq istəyirsiniz. Bu qiymət isə hərracda müəyyənləşir. Sizin faktik istifadənizdə olan  zəbt torpağını bələdiyyə hərraca çıxarmadan sizə satmalı olduğu üçün də, torpağın qiyməti həmin regionda keçirilmiş sonuncu hərracın qiyməti ilə müəyyənləşir.

Sizə uğurlar arzulayıram.

Hörmətlə.