Salam Qurban bəy,Xahiş edirəm Bu məsələyə aydinliq gətirin və məsləhət verin . Gəlin Məhkəmədə iddia edir ki, sabiq həyat yoldaşi, qaynanasi, baldizi ilə kirayədə yaşadiqlari ev baldizin adina onun pulu ilə alinib. Məhkəmə isə bildirib ki, İddiacinin əsaslandirdigi dəlillər yuxarida sadalanan şərtlərə aid deyildir. Bu o deməkdir ki, mubahisələndirilən alqi-satqi muqaviləsinin etibarsiz sayilmasi ucun qanuni əsasi yoxdur( bu maddələri nəzərdə tutur Mulku Məcəllənin 339, 340, 341, 342, 343, 344, 345, 346, 347, 349) və Qeyd edir ki, İddiacinin vəsaiti hesabina evin alinmasi halinda onun pulunu geri tələb etmək huququ yaranir. Bu pulu geri tələb etmək dedikdə nə başa duşulur nə etmək olar və iddia necə qoyulmalidir. Əvvəlcədən sizə oz təşəkkurumu bildirirəm.
Salam, Elşad bəy.
Əgər, gəlinin dediyi doğrudursa, üç formada iddia qoyula bilər: a) MM-nin 340.2-ci maddəsinə əsasən, əqdin yalan əqd olması, yəni, əslində, gəlinlə bağlanmış hesab edilməsi barədə, b) borcun geri qaytarılması barədə, c) evin birgə mülkiyyət sayılması barədə. Ailə Məcəlləsinin 35-ci maddəsinə (ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti sayılması) əsasən,”nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.”
Sizə uğurlar arzulayıram. Belə məsələlər ixtisaslı hüquqi yardım tələb edir. Yaxşı olar ki, etibar etdiyiniz bir hüquqşünasın köməyindən istifadə edin.
Hörmətlə.
