123.22K baxış
0

Salam. Qurban müəllim atam hərracda yolu ilə bələdiyyə torpağını satın alıb. Atam rəhmətə getdiyindən mən vərəsə kimi iştirak edib torpağa mülkiyyət hüququ əldə etmək üçün sənədləri DƏDRX-nə təqdim etmişəm. Sənədlərimi qəbul ediblər. Məni maraqlandıran ödəyəcəyim məbləğdir. Xidmətdən 80 manat + 35 manat ödəyəcəyimi bildiriblər amma Dövlət rüsumu haqqında qanuna baxanda Çıxarış üçün dövlət rüsumunun 30 manat olduğunu görürəm. Xahiş edirəm bunu mənə izah edərdiz. Mən qanunla nə qədər ödəməliyim? Təşəkkür edirəm

0

Salam, Mirmehman bəy.

“Dövlət rüsumu haqqında” Qanunun 26.1.1-ci maddəsinə əsasən,  daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi–30 manat, 26.1.2-ci maddəyə əsasən,  daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölç&uuml:) verilməsi– 50 manat, cəmi: 80 manat. Adətən, bu iki sənəd birlikdə verilir deyə, 80 manat ödəməlisiniz.

Hörmətlə.