Salam. Mərdan bəy.
“Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə (əmək pensiyasının təyin olunması üçün müraciət və əmək pensiyası təyinatı üçün sənədlərə baxılması müddətləri) əsasən, “ Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.”
Vətəndaşların vəziyyətini ağırlaşdıran qanunların geriyə qüvvəsi yoxdur.
Atanız pensiya almaq hüququ yarandığı gündən pensiyasını alacaq, qanunun dəyişməsi onun hüquqlarına təsir etmir.
Narahat olmayın.
Problem yaratsalar (bizimkilər bu işin ustasıdırlar), ofisimizə müraciət edə bilərsiniz.
Hörmətlə.
Salam, Aladdin bəy.
“Əmək pensiyaları haqqında” Qanunun 31-ci maddəsinə (əmək pensiyasının təyin olunması üçün müraciət və əmək pensiyası təyinatı üçün sənədlərə baxılması müddətləri) əsasən, 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.”
AR Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə əsasən, “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.”
Gördüyünüz kimi, sizin pensiya almaq hüququnuz 2016-cı ilin iyununda yaranıbsa, sonrakı “ağırlaşdırıcı dəyişikliklər” sizə aid olmayacaq.
Narahat olmayın. Gələcəkdə bu barədə sizə problem yaratsalar, etibar etdiyiniz, inandığınız bir hüquqşünasın köməyindən mütləq istifadə edin.
Qanunun yuxarıda qeyd etdiyim normalarını da yaddan çıxarmayın.
Sizə can sağlığı və uğurlar arzulayıram.
Həyat gözəldir, nəvələrinizlə bu həyatı ağzışirin yaşayın və pis şeylər haqqında düşünməyin.
Hörmətlə.
