132.95K baxış
0

Salam atamin 24 05 2017 də 57yaçi tamam olur güzəştki şərtlərnən pensiya almalidi ama sənədlər gecikir deyirlər   01 07 2017ci ilə qədər sənəd hazir olmasa yeni qanun qüvvəyə minəcəy pensiya ala bilməyəcə

0

Salam. Mərdan bəy.

“Əmək pensiyaları haqqında” Qanunun  31.1-ci maddəsinə  (əmək pensiyasının təyin olunması üçün müraciət və əmək      pensiyası təyinatı üçün sənədlərə baxılması müddətləri) əsasən, “ Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.”

Vətəndaşların vəziyyətini ağırlaşdıran qanunların geriyə qüvvəsi yoxdur.

Atanız pensiya almaq hüququ yarandığı gündən pensiyasını alacaq, qanunun dəyişməsi onun hüquqlarına təsir etmir.

Narahat olmayın.

Problem yaratsalar (bizimkilər bu işin ustasıdırlar), ofisimizə müraciət edə bilərsiniz.

Hörmətlə. 

Siz 2 cavabdan 1-nə baxırsınız, bütün cavablara baxmaq üçün buraya sıxın.