Qurban müəllim salam. Mənim bacım 4 il bundan əvvəl bir gürcü ilə həyatı qurub. Evləndikdən 4 ay sonra əri işləmək adıyla Rusyaya gedib. orda cinayət törədib və hal-hazırda oranın həbsxanasındadı. İndi biz iddia qaldırıb nikahı ləğv elətdirmək istəyirik. Sizdən soruşmaq istədiyim şey, bu vəziyətdə oğlanın hər hansı yazılı fikri vacibdirmi? Yoxsa hakim elə birbaşa nikahı ləğv edəcəkmi? Onu da deyim ki, nikahdan uşaq yoxdu və ailəsi onunla əlaqə saxlayanda boşanmaya razı olduğunu deyib. Sağolun
Salam, Emir bəy.
Ailə Məcəlləsinin 17.2.3-cü maddəsinə (müvafiq icra hakimiyyəti orqanında nikaha xitam verilməsi) əsasən, “ ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda”, yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanında aparılır.
Siz hökmün surətini Qeydiyyat idarəsinə təqdim etməklə nikahın pozulmasını tələb edə bilərsiniz. Bununçün ərin razılığı tələb edilmir.
Hörmətlə.
