Salam.
10 yaşına çatmamış uşaqların fikri soruşulmadan anada saxlanılır. Bu, “Uşaq hüquqları haqqında Konvensiya”da və Ailə Məcəlləsində təsbit edilib.
Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, (Uşağın öz fikrini bildirmək hüququ) “Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər.”
10 yaşınadək uşaq atanın himayəsinə, ya tərəflərin razılığı ilə, ya da uşağın ana ilə qalmasının onun mənafeyinə zidd olduğu sübut edilən halda verilə bilər.
AM-nin 72-ci maddəsinə (uşağın sağlamlığı və ya həyatı üçün birbaşa təhlükə olduqda uşağın valideynlərdən (onları əvəz edən şəxslərdən) alınması) əsasən, “72.1. Uşağın sağlamlığı və ya həyatı birbaşa təhlükədə olduqda, müvafiq icra hakimiyyəti orqanı uşağı valideynlərdən (onlardan birindən) və ya onu qəyyumluğa (himayəyə) götürmüş şəxslərdən təcili olaraq almaq hüququna malikdir. Müvafiq icra hakimiyyəti orqanı bunu müvafiq akt əsasında həyata keçirir.
72.2. Uşağı götürən müvafiq icra hakimiyyəti orqanı dərhal prokurora məlumat verməyə, uşağı müvəqqəti yerləşdirməyə borcludur. Həmin orqan uşağın alınması barədə aktın çıxarılmasından sonra 7 gün ərzində məhkəməyə valideynləri valideynlik hüquqlarından məhrumetmə və ya bu hüquqların məhdudlaşdırılması barədə iddia ilə müraciət edə bilər.”
Sizə uğurlar.
Hörmətlə.
