95.95K baxış
0

Salam. Biz 12.11.2014-cü ilde Bank Respublikadan kredit götürmüşdük anamın adına. 2 dene de zamini var idi. Anam rehmete gedib bank da mehkemeye verib. Bele veziyetde bizim hüquqlarımız nedir?(banka heç bir sığorta müqaviləsi bağlanmayıb)

0

Salam, Emir bəy.

Ölmüş cavabdeh barədə məhkəmə qərarı verilməsi qanunsuzluqdur.

Öncə, ölənin prosessual varisi müəyyən edilməlidir.

MPM-nin 58-ci maddəsinə (prosessual hüquq varisliyi) əsasən, 

 

58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.

58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir.”

Ölənin varisi və ona çatası miras əmlak varsa, tutma mirasa və zaminlərə yönələcəkdir.

Hörmətlə.

Siz 1 cavabdan 1-nə baxırsınız, bütün cavablara baxmaq üçün buraya sıxın.