Salam Qurban müəllim. Qurban müəllim 2 məsələ haqqında bilgi vermənizi xahiş edirəm. 1). Atamın rəhbəri olduğu təşkilat 2005-ci ildə kredit götürmüşdür. Xüsusi olaraq qeyd edim ki, krediti atam yox, təşkilat, təşkilatın fəaliyyəti üşün götürüb. Girov predmeti kimi təşkilatın daşınmaz əmlakı və yaşadığımız ev girov qoyulmuşdur. 2008-ci ildə krediti odəmədiyi üçün bank məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnamə qəbul etdiki, tutulma girov əmlaka yönəlsin. Qanunlara uygun olaraq 2009-cu ilin fevral-aprel aylarında əmlak 3 dəfə hərraca çıxarılara satılmayıb. Sonda banka təklif olundu ki, əmlakı qəbul etsin. 30 gün ərzində səssiz qalarsa ipotekaya xitam veriləcək. Bank da əmlakı qəbul etməyib. Öyrənmək istəyiləm ki, əmlakı girovdan necə azad edə bilərik? Qeyd edim k, həmin vaxtdan 8 ildən artıq vaxt keçib və həmin bank artıq ləğv edilib. 2) Mən atamın qanuni vərəsəsiyəm. Atam 2015-ci ildə vəfat edib. Vədəsəlik 2016-cı ildə notarial qaydada təsdiqlənib. Bilmək istəyirəm ki, vərəsə kimi atamın kredit borclarına da məsuliyyət daşıyırammı? Təşəkkür edirəm
Salam, Mirmehman bəy.
1. Bankın ləğv edilməsi Sizi öpdəliklərinizdən azad etmir.
2. Evin üzərindən həbsi götürmək üçün həmin həbsi qoyan məhkəməyə müraciət edə bilərsiniz, ancaq inanmıram ki, məhkəmə həbsi qaldırsın. Borc ödənilməyincə, bu mümkün olmayacaq. Bəzən belə olur, bank əməkdaşlarının səhlənkarlığı üzündən borcun ödənilməsi üçün vaxtında tədbirlər görülmür. ancaq bu o demək deyil ki, borc nə vaxtsa tələb edilməyəcək.
3. Yaxşı olar ki, bankın hüquqi varisi ilə danışıb evi özünüz satın, borcu bağlayın.
4. Borclu ölərsə, tələb vərəsələrə çatan miras əmlak miqdarında vərəsələrə yönəldilir.
Mülki Məcəllənin aşağıdakı maddələrinə diqqət edin.
Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti
1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.
Maddə 1307. Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü
Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
Maddə 1308. Borcun ödənilməsinin vərəsəyə həvalə edilməsi
Vəsiyyət edən bütünlüklə borcun və ya onun bir hissəsinin ödənilməsini bir və ya bir neçə vərəsəyə həvalə edə bilər.
Maddə 1309. Mirasın açılması barədə kreditorlara məlumat vermək vəzifəsi
Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.
Maddə 1312. İcra müddətinin təxirə salınması
Əgər kreditor tələbi icra müddəti çatanadək irəli sürmüşdürsə, vərəsə icranı müddət çatanadək təxirə sala bilər. Müddət çatdıqda kreditor ümumi iddia müddəti ərzində icranı tələb edə bilər.
Maddə 1313. Miras qoyanın kreditorlarının üstünlüyü
Tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər.
Maddə 1314. Dövlətin kreditorlar qarşısında məsuliyyəti
Vərəsələri olmayan əmlak dövlətə keçdikdə, miras qoyanın borcları üzrə o, vərəsə kimi məsuliyyət daşıyır.
Maddə 1315. Mirasın kreditor tərəfindən alınmasının nəticələri
Əgər miras qoyan öz əmlakını kreditora vəsiyyət etmişdirsə, bu, kreditorun tələb hüququnun əvəzləşdirilməsi sayıla bilməz.
Hörmətlə.
Salam, Bəhlul bəy.
Çox sadə. Siz qardaşınızın və notariusun olduğu rayonun məhkəməsinə müraciət edib qardaşınızın və ananızın adına verilmiş vərəsəlik şəhadətnamələrin etibarsız hesab edilməsi barədə iddia qaldırın. Digər vərəsələri və sizin adınıza olan vəsiyyətnaməni gizlətdiklərinə görə, onlara verilən vərəsəlik şəhadətnamələri ləğv ediləcək. Hətta siz həmin qardaşınızı “ləyaqətsiz vərəsə” elan etmək üçün məhkəmədə iddia da qaldıra bilərsiniz.
Bununçün Siz həmin notariusa müraciət edib vərəsəlik işinin materiallarının surətlərini alın. Notarius onları sizə verməyə borcludur. çünki siz də vərəsəsiz.
Yaxşı olar ki, inanıb, etibar etdiyiniz bir hüquqşünasın köməyindən istifadə edəsiniz.
Hörmətlə.
