129.25K baxış
0

Salam Qurban müəllim. Qurban müəllim 2 məsələ haqqında bilgi vermənizi xahiş edirəm. 1). Atamın rəhbəri olduğu təşkilat 2005-ci ildə kredit götürmüşdür. Xüsusi olaraq qeyd edim ki, krediti atam yox, təşkilat, təşkilatın fəaliyyəti üşün götürüb. Girov predmeti kimi təşkilatın daşınmaz əmlakı və yaşadığımız ev girov qoyulmuşdur. 2008-ci ildə krediti odəmədiyi üçün bank məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnamə qəbul etdiki, tutulma girov əmlaka yönəlsin. Qanunlara uygun olaraq 2009-cu ilin fevral-aprel aylarında əmlak 3 dəfə hərraca çıxarılara satılmayıb. Sonda banka təklif olundu ki, əmlakı qəbul etsin. 30 gün ərzində səssiz qalarsa ipotekaya xitam veriləcək. Bank da əmlakı qəbul etməyib. Öyrənmək istəyiləm ki, əmlakı girovdan necə azad edə bilərik? Qeyd edim k, həmin vaxtdan 8 ildən artıq vaxt keçib və həmin bank artıq ləğv edilib. 2) Mən atamın qanuni vərəsəsiyəm. Atam 2015-ci ildə vəfat edib. Vədəsəlik 2016-cı ildə notarial qaydada təsdiqlənib. Bilmək istəyirəm ki, vərəsə kimi atamın kredit borclarına da məsuliyyət daşıyırammı? Təşəkkür edirəm

0

Salam, Bəhlul bəy.

Çox sadə. Siz qardaşınızın və notariusun olduğu rayonun məhkəməsinə müraciət edib qardaşınızın və ananızın  adına verilmiş vərəsəlik şəhadətnamələrin etibarsız hesab edilməsi barədə iddia qaldırın. Digər vərəsələri və sizin adınıza olan vəsiyyətnaməni gizlətdiklərinə görə, onlara verilən vərəsəlik şəhadətnamələri ləğv ediləcək. Hətta siz həmin qardaşınızı “ləyaqətsiz vərəsə” elan etmək üçün məhkəmədə iddia da qaldıra bilərsiniz.

Bununçün Siz həmin notariusa müraciət edib vərəsəlik işinin materiallarının surətlərini alın. Notarius onları sizə verməyə borcludur. çünki siz də vərəsəsiz.

Yaxşı olar ki, inanıb, etibar etdiyiniz bir hüquqşünasın köməyindən istifadə edəsiniz.

Hörmətlə.

Siz 4 cavabdan 1-nə baxırsınız, bütün cavablara baxmaq üçün buraya sıxın.