Salam Qurban müəllim. Qurban müəllim uzun müddətdir ki, bir vətəndaş mənə qarşı bilə-bilə yalan iddiayla məhkəməyə müraciət edir ki, güya mən onun evini zəbt etmişəm. Həm birinci instansiya məhkəməsi həm apellyasiya məhkəməsi iddianı əsassız olduğu üçün təmin etməyib. İndi mən təzminat tələbi ilə məhkəməyə müraci ət etmək istəyirəm. Sizdən xahiş edirəm mənə təzminat tələbinin qaydasını və qanunla minumum-maksimum nə qədər məbləğ tələb edə biləcəyimi izah edəsiniz. Minnətdaram
Salam, Mirmehman bəy.
MPM-nin 120 ci maddəsinə (iş vaxtını itirməyə görə məbləğin tutulması) əsasən, “Məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir.”
Bu maddəyə istinad edib, məhkəmələrdə itirdiyin hər gün üçün minimum 50-100 manat, əldən çıxan fayda kimi müəyyən məbləğ və şərəf-ləyaqətinin alçaldılmasına görə də nəsə bir məbləğ tələb edə bilərsiniz.
Uğurlar.
Hörmətlə.
