126.61K baxış
0

Salam. Həyət evinin sənədləşdirilməsi üçün və “kupça”sının alınması üçün hansı sənədlərin lazım olunması haqqında və ünvan alınması üçün nələr etmək lazım olması haqqında məlumat almaq istərdim. Və məhkəmə yolu ilə “kupça”nın alınması mümkün olub olmamasını öyrənmək istərdim.

0

Salam, Kamil bəy.

Həyət evinə “Çıxarış” almaq üçün torpağın qanuni istifadəyə verilməsi barədə sənəd, evin İcra Hakimiyyəti ilə razılaşdırılmış layihəsi, evin istismara qəbul edilməsi barədə aktı DƏDRX-in ərazi idarəsinə təqdim etməklə “Çıxarış”  ala bilərsiniz.

Ancaq sualınızı dəqiqləşdirsəniz, daha dəqiq cavab verə bilərəm. Ev nə vaxt tikilib? Hansı sənədləriniz var? Bu kimi suallara dəqiq aydınlıq gətirmək lazımdır.

Hörmətlə.