Salam. Qurban müəllim 25-30 ildirki istifadəmizdə torpaq sahəsi var. Bu torpaq sahəsinin bir hissəsi 1990-ci il qanunvericiliyinə uyğun istifadəmizə verilib. Torpaq sahəsinin digər bir hissəsi-istifadəmizə verilən torpaq sahəsinə bitişik hissəsi isə istifadəmizdə olsada qanuni istifadəmizə verilməyib. “zəbt olunmuş” torpaq sahəsidir. Həmin torpaq sahəsini, xüsusi ilə “zəbt olunan” hissəsini necə özəlləşdirib mülkiyyət hüququ əldə edə bilərəm. Və ya necə icarəyə götürə bilərəm və illik icarə haqqı nə qədərdir. Minnətdaram
Salam, Ramin bəy.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16-cı maddəsinə əsasən, bələdiyyəyə müraciət edib həmin torpağı, hərracdan kənar, mülkiyyətinizə ala bilərsiniz. Xərcin məbləği sizə bələdiyyədə deyiləcək. Hər regionda torpağın öz qiyməti var.
İstəsəniz, yenə də bələdiyyə ilə müqavilə bağlayıb icarəyə də götürə bilərsiniz. İcarə haqqını tərəflər müəyyənləşdirir.
Hörmətlə.
