57.49K baxış
0

Salam. Qurban müəllim icarəyə götürdüyümüz torpaq sahəsini müəyyən müddətdən sonra özəlləşdiriərək mülkiyyət hüququ əldə edə bilərikmi? Məsələn: Torpaq sahəsini 10 illik icarəyə götürsək, 5 ildən sonra onu özəlləşdirib mülkiyyət hüququ əldə edə bilərikmi? Minnətdaram

0

Salam, Ramin bəy.

Təbii, belə bir hüququnuz var. ancaq bu hüququn reallaşması üçün torpağın hüquqi rejimini bilmək lazımdır. Həmin torpaq sahəsini siz hansı bələdiyyədən, hansı dövlət orqanından və hansı təyinatla icarəyə götürmüsünüz?  Ümumiyyətlə, bu torpaq sahəsi özəlləşdirilə bilərmi? Bu suallara aydınlıq gətirilməlidir.

Əgər, qanunla həmin torpaq özəlləşdirilə bilən sahələrə aiddirsə, onda sizin başqa şəxslər qarşısında özəllədirməkdə üstünlük hüququnuz var.

Hörmətlə.

Hörmətlə.