Salam müəllim. Sualım belədir. Mən BTden katastr çıxarış ilə qonşudan torpaq alıb ev tikmişəm. Ev hazır olan kimi BT-yə müraciət etdim kupca almaq üçün. Kupça alınıb, məndədir. Amma kupçada heyətin bir hissəsi (65kvadrat) “Zəbt Torpaq” kimi qeydə alınıb . Həmin hissəni sənədləşdirmək üçün nə etməliyəm və bu işdə bələdiyyə-yə verəcəyim dövlət rüsumu nə qədərdir. Əvvəlcədən təşəkkür edirəm.
Salam, Şamil bəy.
Əvvəla cavabı gecikdirdiyim üçün üzr istəyirəm. Yəqin bilirsiniz, “Youtube”da aparıcısı olduğum “AzerFreedom TV” kanalının işləri ilə bağlı son vaxtlar vaxtım çox az olur. Nəzərə alın, lütfən.
İkincisi, Siz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 16-cı maddəsinə istinad etməklə, həmin sahənin sizin mülkiyyətinizə satılması barədə bələdiyyəyə müraciət edin.
Hərmətlə.
