Bag evinin tikilməsi ucun mənə ayrılan 4 sot torpaq uzərində tikdirdiyim 1 otaqlı evimi zəbt edib DƏDRX-dən Cıxarış alan qonşunu Məhkəməyə verib xahiş etmişdim ki, Saxta sənədlərlə alınan cixarışı Mulku Məcəllənin 337 -ci maddəsinə əsasən Etibarsız hesab edəsiniz . Bu gun məhkəmə qətnamə qəbul etdi ki, İddia rədd edilsin . bəzi saxta sənədlərin araşdırilması ucun Prokuraturaya gondərilsin. Xahiş edirəm bu işə aydınlıq gətirin Bu nə deməkdir ? ? ? Əvvəlcədən təşəkkur edirəm
Salam, Elşad bəy.
Əvvəla, vəkil xidmətindən istifadə edin.
İkincisi, qətnaməni oxumadan, hakimin əsaslandığı sübutları bilmədən, qətnamənin əsalandırma hissəsini oxumadan, düzgün məsləhət vermək mümkün deyil.
Siz bir vəkil tutun.
Hörmətlə.
P.S. Yazdığınız kimidirsə, iddia rədd edilibsə, prokurorluğa göndərilə bilməz. Prokurorluğa göndərilibsə, iddia baxılmamış saxlanmalı və ya icraat, iş prokurorluqda baxılıb qurtaranadək, dayandırılmalı idi.