100.16K baxış
0

Salam Hörmətli Qurban müəllim. Ölkədə müsbət mənada böyük işlər gördüyünüzün fərqindəyik. Sizə təşəkkürümüzü bildiririk. Sizə bir sualım var. Bu hərəkat müvəffəq olaraq hakimiyyətə gəldikdən sonra dini vəziyyəti necə tənzimləyəcəksiniz? Hazırda QMİ-də kontingenin 90 faizi şiə məzhəbindən olan işçilər fəaliyyət göstərir. Bu da hər yöndən sünni camaatın problemlərini problem olaraq qalmasına, həll olunmamasına səbəb olur. Odur ki, bu barədə müəyyən dərəcədə məlumat verməyinizi xahiş edirəm. Əvvəlcədən təşəkkürümü bildirirəm.

0

Salam.

O idarə ləğv olunacaq. Dini birliklər hər biri ayrı-ayrılıqda qeydiyyatdan keçib özü-özünü idarə etməlidir.

Dini işlər üzrə dövlət idarəsində isə işçilər məzhəbinə görə işə götürülməli deyillər. Savad, test, idarəçilik təcrübəsi və s.

P.S. “AzerFreedom TV”dəki problemlərlə bağl cavabı gecikdirdiyim üçün üzr istəyirəm.
Hörmətlə.