132.46K baxış
0

Salam, men muellimeyem,analiq məzuniyyətindeyem 2 ildi,is yerim evimden uzaq oldugu üçün ise cixa bilmirdim,yerdeyismede evimin yanindaki mektebe qebul oldum,ve yeniden ana olmaga hazirlasiram,bilmek istediyim mekteb direktoru mene buna gore problem yarada bilermi?ve menim dekret pulum nece hesablanacaq?

0

Salam, Nila xanım.

Öncə, cavabı gecikdirdiyimə üçün çox-çox üzr istəyirəm. Yəqin bildiyiniz kimi, AzerFreedom TV-də apardığım işə görə cavabı vaxtında verə bilməmişəm. Ümid edirəm ki, AzerFreedom TV-ni izləyirsiniz.

Sualınızla bağlı:

1. Yeni iş yerinizdə direktorun sizə mane olmaq, hər hansı problem yaratmaq hüququ, təbii ki yoxdur. Belə bir addım atılarsa, mütləq inandığınız bir vəkillə müqavilə bağalayaraq, qanunda nəzərdə tutulduğu qaydada məhkəməyə müraciət edə bilərsiniz.

2.  Analıq məzuniyyətinə görə haqqın ödənilməsi əvvəlki qaydada həyata keçiriləcəkdir və bu barədə məktəb buxqalteriyasından, aylıq əmək haqqınız, əmək stajınız və sair məlumatlar nəzərə alınaraq, daha dəqiq məlumatlar ala bilərsiniz.

Hörmət və ehtiramla. Təşəkkürlər.

 

Siz 1 cavabdan 1-nə baxırsınız, bütün cavablara baxmaq üçün buraya sıxın.