129.95K baxış
0

Salam.  Er arvad mehkeme yolu ile boshanir. Ana evini, aileini, ushaqlarini ( 9 – 10 yashli ) qoyub gedib ve 8 aydir ki, ovladlari ile hec bir shekilde maraqlanmir. Polis vasitesile er maraqlandiqla, qadin – boshasin, hec bir iddiam, telebim, etirazim yoxdur – deyir.  Muvafiq IH-nin himayedarliq shobesi ve mehkeme ushaqlarin atasi ile qalmasina qerar verib. Mehkeme boshanmani resmileshdirdikden sonra ata ovladlarini respublikadan kenara, xarice,  qeyri mueyyen muddet yashamaqa yashsamaqa aparmaq isteyir. Ata ovladlarini,  Muvafiq IH-nin himayedarliq shobesinin qerari (ovladlar ata ile qalir) olduqu halda ve mehkemenin boshanma qerarindan sonra ovladlarini respublikadan kenara, qeyri mueyyen muddete yashamaqa nece apara biler ?

0

Salam, Samir bəy.

Öncə, cavabı gecikdirdiyimə üçün çox-çox üzr istəyirəm. Yəqin bildiyiniz kimi, AzerFreedom TV-də apardığım işə görə cavabı vaxtında verə bilməmişəm. Ümid edirəm ki, AzerFreedom TV-ni izləyirsiniz.

Cavab: Ata Ailə Məcəlləsinin 60.3-cü maddəsinə əsasən, “”Uşaqların ananın razılığı olmadan xarici dövlətlərə aparıb-gətirilməsi barədə” məhkəmədə iddia qaldırmalıdər. Məhkəmə qətnaməsindən sonra bunu asanlıqla edə biləcəkdir. 

Məsləhətdir ki, bu işləri aparmaq üçün etibar etdiyiniz bir vəkillə əməkdaşlıq edəsiniz.

Hörmət və ehtiramla. Təşəkkürlər.

 

Siz 1 cavabdan 1-nə baxırsınız, bütün cavablara baxmaq üçün buraya sıxın.