Salam Qurban bəy. 2014 cü ildə yeni ev almışıq. Həmin evə qeydiyyata düşmüşük. 2019 cu ildə yaşayış yerindən arayış alarkən evdə tanımadığımız 4 vətəndaşın qeydiyyatda olduğunu öyrəndim. Onların hansı hüqüqla qeydiyyatda olduğunu və onları necə evdən qeydiyyatdan çıxara biləcəyim haqqında haradan məlumat ala bilərəm? İndidən təşəkkür edirəm.
Salam, Sadiq bəy.
Öncə, cavabı gecikdirdiyimə üçün çox-çox üzr istəyirəm. Yəqin bildiyiniz kimi, AzerFreedom TV-də apardığım işə görə cavabı vaxtında verə bilməmişəm. Ümid edirəm ki, AzerFreedom TV-ni izləyirsiniz.
Cavab: həmin şəxslərin sizin mənzilə nə vaxt və hansı əsaslarla qeydiyyata düşməsi barədə polisdən arayış tələb edin və bundan sonra o şəxslərin qeydiyyatdan çıxarılması barədə məhkəmədə iddia qaldırmalısınız.
Məsləhətdir ki, bu işləri aparmaq üçün etibar etdiyiniz bir vəkillə əməkdaşlıq edəsiniz.
Hörmət və ehtiramla.