121.43K baxış
0

Salam Qurban bəy. 2014 cü ildə yeni ev almışıq. Həmin evə qeydiyyata düşmüşük.  2019 cu ildə yaşayış yerindən arayış alarkən evdə tanımadığımız 4 vətəndaşın qeydiyyatda olduğunu öyrəndim. Onların hansı hüqüqla qeydiyyatda olduğunu və onları necə evdən qeydiyyatdan çıxara biləcəyim haqqında haradan məlumat ala bilərəm? İndidən təşəkkür edirəm.

0

Salam, Sadiq bəy.

Öncə, cavabı gecikdirdiyimə üçün çox-çox üzr istəyirəm. Yəqin bildiyiniz kimi, AzerFreedom TV-də apardığım işə görə cavabı vaxtında verə bilməmişəm. Ümid edirəm ki, AzerFreedom TV-ni izləyirsiniz.

Cavab: həmin şəxslərin sizin mənzilə nə vaxt və hansı əsaslarla qeydiyyata düşməsi barədə polisdən arayış tələb edin və bundan sonra o şəxslərin qeydiyyatdan çıxarılması barədə məhkəmədə iddia qaldırmalısınız.

Məsləhətdir ki, bu işləri aparmaq üçün etibar etdiyiniz bir vəkillə əməkdaşlıq edəsiniz.

Hörmət və ehtiramla.

Siz 1 cavabdan 1-nə baxırsınız, bütün cavablara baxmaq üçün buraya sıxın.