110.98K baxış
0

Salam hər vaxtınız xeyir Qurban müəllim. Mənim Albalı qəsəbəsində torpaq sahəm var. 2007 ci ilin sənədidi. Alqı-satqı sənədi. Torpaq üçündə 2150 manat dövlət rüsumu da ödəmışəm. Torpağın planı da var. Amma istədim texniki sənəd ( kupça ) çıxardım, dedilər mümkün deyil. Dedilər manim sənədlərimdə kadastr möhürü ya da nömrəsi yoxdur. Ona gorə mümkün deyil. Kadastr verən müəssə də 2015-ci ildə ləğv olunub. Bu halda mən nə edə bilərəm? Əvvəlcədən təşəkkür edirəm.

0

Salam, Sahib bəy.

Öncə, üzr istəyirəm ki, AzerFreedom TV-də işlərimin yoğunluğu üzündən vaxtında sizə cavab verə bilməmişəm.

Alqı-satqı müqaviləsi rəsmidirsə, yəni notarial qaydada təsdiq edilibsə, sizə edilən imtina qanunsuzdur, kadastr möhürü və ya nömrəsi  bəhanədir. Bir idarə ləğv ediləndə onun hüquq və vəzifələri başqa bir orqana verilir. Oraya müraciət edin.

Ancaq siz imtina məktubunu rəsmi, yəni imza etməklə şəxsən və ya poçtla aldığınız gündən bir ay müddətində İnzibati Məhkəməyə müraciət edə bilərsiniz.

Yaxşı olar ki, etibar etdiyiniz bir vəkilin köməyindən istifadə edəsiz.

Hörmətlə.

0

Xeyr, mütləq icarəçi ilə uzlaşmalı, kompensasiya ödənilməlidir.

Əks halda, mübahisə məhkəmə yolu ilə həll edilməlidir.

hörmətlə.

0

Salam, Qoşqar bəy.

Sizə qarşı qanunsuzluq olur.

Qaraj yeri barədə əlinizdə sərəncam və ödəmə qəbzləri varsa, deməli, “Kristal Abşeron”a verilən sərəncam qanunsuzdur və Siz həmin sərəncamın qismən (sizin torpağa münasibətdə) ləğv edilməsi üçün məhkəməyə müraciət edə bilərsiniz.

Siz bu barədə firma ilə əvvəl danışın, sizin tələbləri qəbul etməsələr, məhkəməyə müraciət edin və “iddianın təminat tədbiri kimi” tikintinin dayandırılmasını məhkəmədən xahiş edin.

Bu halda sizinlə hesablaşmağa məcbur olacaqlar.

Çətinliyə düşsəniz, etibar etdiyiniz bir hüquqşünasın hüquqi yardımından istifadə edin.

Sizə səbr və uğurlar arzulayıram.

Hörmətlə.